"Samtredia" - "Qarabağ" matçı canlı yayımlanacaq

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Samtredia" - "Qarabağ" oyunu canlı yayımlanacaq. SportLine.az xəbər verir ki, futbolsevərlər görüşü "İdman Azərbaycan" telekanalı ilə izləyə biləcəklər.

İyulun 18-də Boris Payçadze adına stadionda keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə 21:00-da səslənəcək.

Xatırladaq ki, bu komandalar arasındakı ilk görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:0.