"Samtredia" - "Qarabağ" matçının hakim təyinatları açıqlandı
Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Samtredia" - "Qarabağ" oyununun hakim təyinatları açıqlanıb. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Serbiyadan olan briqadaya həvalə olunub.
Matçda ədaləti Srcan Yovanoviç qoruyacaq. Ona Uroş Stoykoviç və Milan Mixayloviç kömək edəcək. Oyunun dördüncü hakimi Marko Popoviç olacaq.
Qeyd edək ki, iyulun 18-də Tiflisdə keçiriləcək "Samtredia" - "Qarabağ" qarşılaşmasının start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək.