“San Siro” stadionu söküləcək

İtaliyanın ən böyük stadionu olan "San Siro" söküləcək.

Sportline.az xəbər verir ki, bu barədə "La Gazetta Della Sport" məlumat yayıb.

Milan Şəhər Şurası 81 min yerlik arenanın sökülməsi hüququnu əldə edib. Bu qərar səs çoxluğu ilə qəbul edilib.

Qeyd olunur ki, "San Siro"nun yerində yeni stadion tikiləcək.

Yeni stadion 2032-ci ildə İtaliya və Türkiyədə eyni vaxtda keçiriləcək Avropa çempionatının oyunlarına ev sahibliyi edəcək.

Xatırladaq ki, "San Siro" stadionu 1926-cı ildə açılıb.