Sançesin yeni klubu bilinib
36 yaşında Aleksis Sançes La Liqaya qayıtdı.
Sportline.az xəbər verir ki, Cənubi Amerika futbolunun əfsanəsi sayılan çilili hücumçu Aleksis Sançes transfer pəncərəsinin son günündə “Sevilya” ilə müqavilə imzalayıb.
“Udineze” ilə yollarını ayıran futbolçu Andalusiya klubu ilə 1 illik müqavilə bağlayıb. Bu transfer “Sevilya”nın Badé, İdumbo və Lukebakionun satışından əldə etdiyi vəsait sayəsində mümkün olub.
İdman direktoru Antonio Kordonun rəhbərlik etdiyi idarəçilik heyəti Sançesin böyük təcrübəsinin çətin dövrdən keçən komandaya kömək edəcəyinə ümid edir.