Ceydon Sanço "Aston Villa"da

"Mançester Yunayted"in ingiltərəli sol cinah vingeri Ceydon Sanço icarə əsasında "Aston Villa"ya keçib.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.

25 yaşlı futbolçu ötən mövsümü "Çelsi"də icarə əsasında keçirmişdi.

Qeyd edək ki, transfer yaxın günlərdə rəsmi olaraq açıqlanacaq.