Sanço ilə bağlı qərar verildi
"Aston Villa" "Mançester Yunayted"dən icarəyə götürdüyü Ceydon Sanço ilə bağlı qərarını verib.
Sportline.az xəbər verir ki, Birmingem təmsilçisi ingiltərəli vingerin komandada qalmasını istəyir. Bu barədə İngiltərə mətbuatında məlumat yayılıb.
Klub qarşıdakı yay transfer dönəmində 25 yaşlı hücumçunun transferi ilə bağlı "qırmızı şeytanlar"la danışıqlara başlamağı planlaşdırır.
"Aston Villa" Sançonu cari mövsümün əvvəlində icarəyə götürüb. İngiltərə millisinin üzvü indiyədək klubun heyətində 2 rəsmi oyunda iştirak edib.