Sanço "Mançester Yunayted"də qalmayacaq

“Mançester Yunayted” Ceydon Sanço ilə yolları ayırır.

Sportline.az xəbər verir ki, klubu oyunçunun azad agent kimi komandadan ayrılmasına icazə verəcək.

Bu barədə "Team Talk" nəşri məlumat yayıb.

25 yaşlı futbolçu hazırda “Aston Villa”da icarə əsasında çıxış edir. Sanço 2021-ci ildə Dortmund “Borussiya”sından “Mançester Yunayted”ə transfer olunmuş və 5 illik müqavilə imzalamışdı.