Sançonun yeni klubu bəlli olub

"Aston Villa" "Mançester Yunayted"in ingiltərəli futbolçusu Ceydon Sançonu icarə əsasında heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu Mançester klubundan ayrılmaq fikrində qətidir. Bu səbəbdən "Aston Villa"nın təklifinə müsbət cavab verib.

25 yaşlı sol cinah vingerinin dəyəri 28 milyon avrodur.

Qeyd edək ki, C.Sanço ötən mövsümü "Çelsi"də icarə əsasında keçirib.