"Sanderlend" növbəti transferini reallaşdırıb

"Sassuolo"nun fransalı futbolçusu Armand Lauriente karyerasını "Sanderlend"də davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.

İngiltərə klubu 26 yaşlı futbolçu üçün 20 milyon avro ödəyəcək.

Qeyd edək ki, Laurinte geridə qalan mövsüm çıxış etdiyi 34 matçda 19 qol 5 asistlə yadda qalıb.