Sandro Tonali qərarını verdi

"Nyukasl Yunayted"in italiyalı futbolçusu Sandro Tonali klubda qalmaq istədiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, bu haqda "Telagraph" nəşri məlumat yayıb.

Tonali "Nyukasl"la yeni müqavilə imzalamaq niyyətindədir.

Qeyd edək ki, 24 yaşlı futbolçu "Yuventus" yaxından maraqlanır.

Onun "Nyukasl Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.