Sara Premyer Liqaya qayıdır?

"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Aston Villa" və "Brayton" 26 yaşlı futbolçunu transfer etmək niyyətindədir.

Brazilya millisinə dəvət alan Sara bu təklifləri dəyərləndirəcəyi bildirilir.

Qeyd edək ki, İstanbul klubu sözügedən oyunçu üçün ən azı 25 milyon avro tələb edir.