"Sassuolo" "Marsel"ə 10 milyon avro ödəyəcək
"Sassuolo" Darri Bakolanı heyətinə qatıb.
Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
18 yaşlı oyunçu yeni klubu ilə 4.5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Sassuolo" Bakola üçün "Marsel"ə 10 milyon avro ödəyəcək.