Savinyo "Mançester Siti"dən ayrılır - London klubu brazilyalı ilə maraqlanır

"Mançester Siti"nin brazilyalı futbolçusu Savinyo yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, "Tottenhem" 21 yaşlı sol cinah vingerini heyətinə qatmaq üçün hərəkətə keçib.

Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, Savinyo cari mövsüm meydana çıxdığı 27 matçda 3 qol, 3 asistlə yadda qalıb.