"Səbail" malili futbolçunu heyətinə qatıb
I Liqa təmsilçisi "Səbail" heyətini əcnəbi futbolçu ilə gücləndirib.
Klubdan Sportline.az-a verilən məlumata görə, "dənizçilər" son olaraq Portuqaliyanın "Vilaverdense" klubunda çıxış etmiş Momo Sacko ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 23 yaşlı malili yarımmüdafiəçi 5 nömrəli forma altında çıxış edəcək.