"Səbail" Portuqaliya klubundan futbolçu aldı

Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Səbail" daha bir futbolçu ilə heyətini gücləndirib. SportLine.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, paytaxt klubu Maudo Lamine Jarjue ilə razılığa gəlib.

19 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Qvineya-Bisaulu futbolçu son mövsümü Portuqaliyanın 1-ci liqa komandası "Jil Visente"də keçirib.

Bu gün Bakıya gələrək müqaviləyə qol çəkən Maudo Türkiyə toplanışına komanda ilə birlikdə yollanacaq.