“Səbail” və "Ağsu"ya mükafatlar təqdim olundu

Bu gün Azərbaycan I divizionunun medalçıları mükafatlandırılıb.

SportLine.az xəbər verir ki,  AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə “Səbail”ə gümüş, “Ağsu”ya bürünc medallar verilib.

Eyni zamanda əvəzedici heyətlər arasında keçirilən yarışın bombardiri Şahin Əliyev (“Qarabağ”), eləcə də I Divizionda eyni uğura imza atmış Oruc Balaşlı (“Zaqatala”) mükafatlarına qovuşublar. Xüsusi mükafatları və medalları Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov təqdim edib.

Banner