Seçməmiz Sloveniyadan güclü oldu

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Rumıniyada təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununa çıxıb.

SportLine.az xəbər verir ki, yığmamız bu dəfə Sloveniya ilə münasibətlərinə aydınlıq gətirib.  Matç millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızda qolları Gizəm Tənəkəçi (26-cı dəqiqə) və Mərvə Özdəmir (43-cü dəqiqə) vurub.

Xatırladaq ki, ilk görüşündə meydan sahibi - Rumıniya ilə qarşılaşan yığmamız rəqibinə 1:4 hesabı ilə uduzub. 

10 iyun 

20:00. Azərbaycan - Sloveniya - 2:1 

Banner