Səlahət Ağayev karyerasını harada davam etdirəcək?

Milli komandamızın üzvü Səlahət Ağayev “İnter”i tərk edib. SportLine.az xəbər verir ki, 24 yaşlı qapıçı yetirməsi olduğu klubla müqaviləni uzatmayıb. Tərəflərin maaliyyə şərtlərində anlaşmadığı bildirilir. İstedadlı futbolçunun karyerasını ölkə xaricində davam etdirəcəyi də istisna deyil: "Yerli klublarla yanaşı Türkiyədən də bir təklifim var. Seçimdə tələsmək niyyətim yoxdur. Qərar verməyə kifayət qədər vaxt var”- sitatın sonu.

Banner