"Sele" güclü rəqibdir"

"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacı Sloveniyanın "Sele" komandası güclü rəqibdir.

Sportline.az xəbər verir ki, bunu "Sabah"ın qapıçısı Stas Pokatilov deyib.

Qazaxıstanlı qolkiper Bakıda Sloveniyanın "Sele" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Yeni mövsümün başlaması münasibəti ilə hər kəsi təbrik edirəm. Şanslar bərabərdir. Rəqibimiz güclüdür. Amma hamımız bu qarşılaşmaya hazırıq".

Oyunçu "Sabah"ın əvvəlki məşqçilər heyətinə təşəkkür edib:

"Onlarla birlikdə tarix yazdıq, Azərbaycan Kubokunun qalibi olduq. Yeni baş məşqçimizin də oyun üslubu, məndən istədikləri xoşuma gəlir. Matçı səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, iyulun 10-da "Bank Respublika Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.