"Selta"nın oyunçusu "Yuventus"un maraq dairəsindədir

"Selta Viqo"nun futbolçusu Oskar Mingeza karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Yuventus" 26 yaşlı sağ cinah müdafiəçisi ilə yaxından maraqlanır.

Bu haqda "Estadio Deportivo" məlumat yayıb.

Qeyd edək ki, O.Mingeza cari mövsüm meydana çıxdığı 29 matçda 1 qol, 4 asistlə yadda qalıb.