48-ci çempionluq
Şotlandiyada ölkə çempionu sona 8 tur qalmış müəyyənləşib. SportLine.az xəbər verir ki, 30-cu turda "Harts"ı 5 cavabsız qolla üstələyən "zolaqlılar" 48-ci dəfə ölkə çempionu adını qazanıblar.
"Seltik" oynadığı qarşılaşmalarda bir məğlubiyyət belə almayıb və cəmi iki heç-heçə edərək, 86 xal toplayıb. İkinci pillədəki "Aberdin"in 61 xalı var. Qlazqo təmsilçisi 2017-2018 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edəcək.