"Seltik"i niderlandlı mütəxəsis çalışdıra bilər
"Seltik"in rəhbərliyi klubun sükanı arxasına niderlandlı mütəxəsis Mark van Bommeli gətirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "De Telegraaf" nəşri məlumat yayıb.
48 yaşlı baş məşqçinin son iş yeri "Royal Antverp" klubu olub.
Qeyd edək ki, "Seltik" Şotlandiya çempionatında 20 xalla 2-ci pillədə yer alır.