Semenyo London klubuna transfer olmağı rədd edib
“Bormunt”un futbolçusu Antoine Semenyo “Tottenhem”in təklifini qəbul etməyib.
Sportline.az xəbər verir ki, sağ cinah vingeri “Mançester Siti” və “Mançester Yunayted”dən gələcək təklifləri dəyərləndirəcək.
Bu haqda jurnalist David Ornşteyn məlumat yayıb.
Qeyd edək ki, Semenyo cari mövsüm meydana çıxdığı 17 matçda 8 qol, 3 asistlə yadda qalıb.
Qana millisinin üzvünün sərbəst qalma məbləği 65 milyon avrodur.