Semih Kılıçsoy "Beşiktaş"dan ayrılacaq

"Beşiktaş"ın futbolçusu Semih Kılıçsoy mövsümün sonunda klubdan ayrılmağa hazırlaşır.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl Yunayted", "Aston Villa", "Fulhem", "Everton" və "Nottingem Forest" Semihi transfer etmək niyyətindədir.

19 yaşlı hücumçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 15 milyon avrodur.

Qeyd edək ki, Semih Kılıçsoyun "Beşiktaş"la müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 38 matçda 4 qol və 6 asistlə yadda qalıb.