Semih Kılıçsoy "Beşiktaş"ı tərk edə bilər

"Beşiktaş"ın futbolçusu Semih Kılıçsoy mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Sözcü" qəzeti məlumat yayıb.

"Aston Villa" və "Nyukasl Yunayted" Semihi transfer etmək istəyən klubların siyahısında yer alır.

Qeyd edək ki, Semihin hazır ki dəyəri "Transfermarkt" portalına görə 14 milyon avro olaraq qiymətləndirilir.

19 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 39 matçda 4 qol və 6 məhsuldar ötürmə müəllifi olub.