Senesi "Tottenhem" yolunda

"Bornmut"un stopperi Markos Senesi "Tottenhem"in diqqət mərkəzindədir.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Matteo Moretto məlumat yayıb.

28 yaşlı mərkəz müdafiəçisi bu mövsüm meydana çıxdığı 27 matçda 4 asistlə yadda qalıb.

Qeyd edək ki, M.Senesinin dəyəri 22 milyon avrodur.