"Sent-Etyen"in futbolçusu güllələndi

Fransanın "Sent-Etyen" klubunun şərəfini qoruyan Vilyam Qomis silahlı insidentdə qətlə yetirilib. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu bazar günü gecə radələrində öldürülüb. Onun yanında olan 14 yaşlı şəxs də hadisə yerində can verib.

Məlumata görə, polis hadisənin yaşandığı məkandan "Kalaşnikov" avtomatına aid gilizlərini tapıb.