Serbiya millisi Avropa çempionu oldu

Voleybol üzrə kişilərdən ibarət Serbiya millisi üçüncü dəfə Avropa çempionu adını qazanıb.

Sportline.az xəbər verir ki, çempionluq uğrunda Parisdə təşkil olunan final oyununda Serbiya millisi Sloveniya seçməsi ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda serbiyalı voleybolçular 3:1( 19:25, 25:16, 25:18, 25:19) hesabı ilə qalib gələrək qitənin ən güclüsü adını qazanıblar.

Bürünc medal uğrunda görüşdə isə Fransa millisi Polşanı 3:0 hesabı ilə məğlub edib.