Serjiu Konseysau "Əl-İttihad"ı çalışdıra bilər

Serjiu Konseysau karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Əl-İttihad" portuqaliyalı mütəxəssisi baş məşqçi vəzifəsinə gətirmək niyyətindədir. Bu haqda insayder Fabrisio Romano məlumat paylaşıb.

Konseysau ərəblərin təklifinə razılıq verib və təyinatın yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

50 yaşlı çalışdırıcının sonuncu klubu "Milan" olub. O, ötən mövsümün sonunda italiyalılardan ayrılıb. "Əl-İttihad" isə baş məşqçi Loran Blanla yollarını ayırıb.