"Sevilya" Aleksis Sançesi transfer etmək istəyir
"Sevilya" "Udineze"nin çilili futbolçusu Aleksis Sançesi heyətinə qatmağı planlaşdırır.
Sportline.az jurnalist Matteo Morettonun məlumatına istinadən xəbər verir ki, İspaniya klubunun rəhbərliyi oyunçunun meneceri ilə şifahi razılıq əldə edib.
36 yaşlı hücumçu "Sevilya"da çıxış etməyə müsbət yanaşır.
Qeyd edək ki, Sançesin hazır ki dəyəri "Transfermarkt" portalına görə, 1.5 milyon avrodur.