"Sevilya" "Marsel"lə razılaşdı

"Sevilya" "Marsel"in forvardı Nil Maupayı icarə əsasında heyətinə qatmağa yaxındır.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

İspaniya klubu sözügedən oyunçu ilə razılıq əldə edib.

Qeyd edək ki, "Sevilya" klubu N.Maupayı birdəfəlik transfer etsə, qarşı tərəfə 6 milyon avro ödəyəcək.