"Sevilya"dan "Arsenal"a transfer olacaq
"Sevilya"nın fransalı futbolçusu Lusiyen Aqoume karyerasını "Dumanlı Albion"da davam etdirəcək.
Sportline.az "Football Transfers" saytına istinadən xəbər verir ki, "Arsenal" Lusiyen üçün "Sevilya" klubuna 10 milyon avro ödəməyə hazırdır.
İngiltərə klubunun rəhbərliyi bu keçdi yanvar ayında həll etmək niyyətindədir.
Qeyd edək ki, Lusiyenin "Sevilya" ilə müqavilə müddəti 2028-ci ilin iyun ayına qədərdir.
L.Aqoume "Arsenal"da çıxış etməyə müsbət yanaşır.
"Arsenal"ın ispaniyalı baş məşqçisi Mikel Arteta Luciyenin transferində israrlıdır.