"Şahdağ" və "Zaqatala" turu qələbə ilə bitirdi

I divizionda XX tura yekun vurulub. SportLine.az PFL-in saytına istinadən xəbər verir ki, son oyun günündə 2 matç baş tutub.

“Şahdağ” öz meydanında “Göyəzən”ə, “Zaqatala” isə MOİK-ə qalib gəlib.  

“Şərurspor” – “Energetik” oyunu isə keçirilməyib. Ev sahibləri çempionatdan uzaqlaşdırıldığı üçün qonaqlara texniki qələbə verilib.

“Şahdağ” - “Göyəzən” – 4:0
Qollar: Osman Osmanov, 14; Maksim Belavaka, 27; Həmidrıza Əmiriburçilui, 49(p.); Kamran Ağakərimov, 78

“Zaqatala” - MOİK – 2:0
Qollar: Oruc Balaşlı, 62 (p.); Emin Mehdiyev, 90+2

“Şərurspor” - “Energetik” - -:+

Banner