Şahin Diniyev "Səbail"in baş məşqçi postundan istefa verib
"Səbail" klubunun baş məşqçisi Şahin Diniyev postundan istefa verib.
Sportline.az xəbər verir ki, 58 yaşlı mütəxəssis qərarını Misli Premyer Liqasının XII turunda "Kəpəz"ə məğlubiyyətdən sonra açıqlayıb.
Qeyd edək ki, Tovuz şəhər stadionunda keçirilən "Kəpəz" - "Səbail" matçı Gəncə təmsilçisinin 1:0 hesabı qələbəsi ilə nəticələnib.