"Şamaxı" "Araz-Naxçıvan"a, "Neftçi" "Səbail"ə qarşı

Azərbaycan Premyer Liqasında X turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma olacaq.

"Araz-Naxçıvan" səfərdə "Şamaxı" ilə, "Neftçi" isə doğma meydanda "Səbail"lə münasibətləri aydınlaşdıracaq. 

Azərbaycan Premyer Liqası
X tur
19 oktyabr

15:30. "Şamaxı" – "Araz-Naxçıvan"
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu.

18:00. "Neftçi" – "Səbail"
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Seymur Səlimli
Neftçi Arena.