"Şəmkir"in əfsanəsi qayıtdı

"Şəmkir"in yeni baş məşqçisinin adı rəsmən açıqlanıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, komandanı Badri Kvaratsxeliya çalışdıracaq. "Şəmkir"in  sabiq futbolçusu olmuş 52 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan millisində də çıxış etmiş Kvaratsxeliya 1998-2005-ci illərdə "Şəmkir"də oynayıb və 110 oyuna 51 qol vurub. O, ölkəmizdə "Qəbələ" və  Standart" klublarında köməkçi məşqçi, "Turan"da isə baş məşqçi kimi çalışıb. (qol.az)

Banner