Şenol Güneş: “Joze Mourinyo hakimdən şikayətçidirsə, haqlıdır”
“Trabzonspor”un baş məşqçisi Şenol Güneş “Fənərbağça” matçı haqqında fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis mətbuat konfransı zamanı bu fikirləri qeyd edib:
“Joze Mourinyo hakimdən şikayətçidirsə, haqlıdır. Düzgün oyun idarə etmədi. Bizim təmiz qolumuzu ləğv etdi. Bu ölkədə hakimlik barədə çox ciddi problemlər var. Bunun tezliklə həll edilməsi lazımdır”.
Qeyd edək ki, "Fənərbağça"ya 2-3 hesabı ilə uduzan “Trabzonspor” 12 xalla turnir cədvəlində 11-ci pillədə yer alır.