"Şerif" - "Qarabağ" duelinin hakimləri bəlli oldu
Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Şerif" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyun İsrail Futbol Federasiyasından Roi Reinşreiberə həvalə olunub. Ona həmyerliləri Amihay Yehoşua Mozes və Dan Ukenik köməklik edəcək. Dördüncü hakim funksiyasını Daniel Bar Natan yerinə yetirəcək.
Qeyd edək ki, "Şerif" - "Qarabağ" görüşü avqustun 1-i Moldovada keçiriləcək. Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda hesab açılmayıb.