Şeşko karyerasını İngiltərədə davam etdirə bilər

"Leipziq"in sloveniyalı futbolçusu Benjamin Şeşko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, "Tottenhem", "Mançester Yunayted" və "Çelsi" Şeşko ilə yaxından maraqlanır.

21 yaşlı forvardın transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Şeşko bu mövsüm iştirak etdiyi 34 matçda rəqib qapılarından 17 top keçirib.