"Şeva" - 40
Bu gün Dünya futbolunun canlı əfsanəsi - Andrey Şevçenkonun doğum günüdür. SportLine.az xəbər verir ki, "Şeva" 39 yaşını qeyd edir.
Peşəkar futbolçu karyerasına Kiyev "Dinamo"sunda başlayan A.Şevçenko ən böyük uğurlarına "Milan"ın heyətində imza atıb. 1999-cu ildə "qırmızı-qaralar"a keçən ukraynalı futbolçu UEFA Çempionlar Liqasının və Super kubokunun, "Skudetto"nun və İtaliya kubokunun qalibi olub və FİFA tərəfindən "Qızıl top"a layiq görülüb.
2006-2008-ci illərdə "Çelsi"nin şərəfini qoruyan əfsanəvi 7 nömrə yenidən "Milan"a qayıtsa da, bu dəfə ümidləri doğrultmayıb.
Andrey Şevçenko karyerasına 2012-ci ildə, Kiyev "Dinamo"sunda yekun vurub. Hazırda Ukrayna millisinin baş məşqçisidir.