Şeydayev "Jilina"da növbəti oyununa çıxdı

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Jilina" Slovakiya çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Streda" klubu olub. Matç 2:2 hesabı ilə başa çatıb.

R.Şeydayev start heyətdə meydana daxil olub. O, 68-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Jilina” 21 turdan sonra 49 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.