Şeydayev oynadı, komandası 3 xal qazandı
Azərbaycan millisinin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Jilina" Slovakiya çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Rujomberok” kollektivi olub.
Qarşılaşma "Jilina"nın qələbəsi ilə yekunlaşıb - 3:1.
R.Şeydayev 74-cü dəqiqədə, hesab 2:0 olarkən meydana daxil olub.
Qeyd edək ki, “Jilina” 22 oyundan sonra 52 xalla 1-ci pillədə qərarlaşıb.