Şeydayevin Super Liqada debütü gözlənilir
Millimizin forvardı Ramil Şeydayev nəhayət Türkiyə Super Liqasında dübüt etməyə yaxındır. SportLine.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, onu 6-cı turun “Karabükspor”la oyununda “Trabzonspor”un heyətində görə bilərik. Hücum xəttindən narazı olan baş məşqçi Ərsun Yanalın dəyişiklik planına Ramilin də adı daxildir. Çox güman, o, fasilədən sonra meydana çıxacaq. Qeyd edək ki, 5 turdan cəmi 6 xal toplayan “Trabzonspor” 11-ci yerdə qərarlaşıb.