Şikar Bədəlov: "Bu, mənim üçün böyük qürur, fəxrdir”

Peşəkar döyüşlərin qalibi, dünya kuboku mükafatçısı kikboksçumuz Şikar Bədəlov Həcc ziyarətinə yollanıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Sportline.az saytına açıqlama verən idmançımız müqəddəs ziyarətdən sonra qarşıdakı döyüşlərə hazırlaşacağını bildirib.

“Uzun zamandır arzuladığım hadisə reallaşmaq üzrədir. Allah hamının arzusunu, duasını qəbul etsin. Nəhayət ki, Həcc ziyarətinə yollanıram. Bir müsəlman kimi müqəddəs borcumu yerinə yetirirəm. Bunu həyatım boyu unutmayacağam.

Azərbaycana qayıtdıqdan sonra yenidən növbəti yarışlara, döyüşlərə hazırlaşacağam. Qarşıda qardaş Türkiyədə yarış var. Avqustda İstanbulda döyüşəcəm. Onun üçün məşq edəcəm. Çalışacam ki, Azərbaycan bayrağını bir daha da beynəlxalq arenada dalğalandırım. Bu, mənim üçün böyük qürur, fəxrdir”.