Şimali İrlandiya seçməsində itki

DÇ-2018-in təsnifat mərhələsində Azərbaycanla qarşılaşacaq Şimali İrlandiya seçməsi itki ilə üzləşib. SportLine.az xəbər verir ki, Birləşmiş Krallıq təmsilçisi Ceymi Uordun xidmətindən məhrum olub.

Buna səbəb “Berton Albion”da çıxış edən hücumçunun zədələnməsidir. “Bernsli” ilə qarşılaşmada biləyindən xəsarət alan futbolçunu əməliyyat gözləyir. Buna görə də Uord seçmənin noyabrın 11-də Azərbaycanla Belfastdakı görüşünü buraxacaq.

Qeyd edək ki, “Nottingem Forest”ə məxsus oyunçu “Berton Albion”da icarə əsasında çıxış edir.