Şimanski üçün rekord təklif
''Napoli'' Sebastian Şimanski üçün ''Fənərbağça'' ilə danışıqlara başlayıb.
Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, İtaliya klubu polşalı futbolçunu heyətində görməkdə israrlıdır.
Klubun baş məşqçisi Antonio Kontenin sərəncamında görmək istədiyi futbolçu üçün ''Napoli''nin 30 milyon avro təklif göndərəcəyi bildirilir.
Qeyd edək ki, bu mövsüm ''Fənərbağça''nın heyətində 6 oyun keçirən Sebastian, 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.