Şimanskinin durumu açıqlanıb

“Fənərbağça” və Polşa millisinin 25 yaşlı futbolçusu Sebastiyan Şimanskinin zədəsinin nə zaman sağalacağı bildirilib.

Sportline.az “ntvspor.net” istinadən xəbər verir ki, 15 oktyabr keçiriləcək Polşa – Xorvatiya matçında Şimanski meydanda olacaq.

Sebastyan Şimanski bu mövsüm "Fənərbağça"nın heyətində 13 oyun keçirib.

25 yaşlı polşalı bu matçlarda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Şimanski 2023-cü ildən etibarən “Fənərbağça”da çıxış edir.