Sneyder: “2010-cu ildə “Qızıl top”u məndən oğurladılar”

Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder iddialı açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, sabiq futbolçu jurnalistlərə müsahibə verərkən bu fikirləri səsləndirib;

“Bəli, 2010-cu ildə “Qızıl top”u məndən oğurladılar. O mövsümü mükəmməl başa vurdum. Çempionlar Liqasını qazandım. Dünya Çempionatında final oynadım. Lakin “Qızıl top”u mənə vermədilər. Hələdə insanlar məni görəndə deyirlər ki, Ues sənin “Qızıl top”unu oğurladılar”, - deyə Uesli Sneyder bildirib.

Qeyd edək ki, 2010-cu ildə “Qızıl top” mükafatını Lionel Messi əldə etmişdi.