Sneyderin İspaniya planı

"Qalatasaray"ın yarımmüdafiəçisi Uesli Sneyderin klubdan ayrılacağı haqda xəbərlər dolaşırkən, onunla bağlı daha bir maraqlı məlumat yayılıb. Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hollandiyalı ulduz İspaniyada biznes qurmağı planlaşdırır. Onun dünyaca məşhur İbitsa adasında gecə klubu açacağı bildirilir. Qeyd edək ki, Sneyderin həyat yoldaşı da həmin kurort adasında doğulub.