Sobozlayi bu kluba azarkeşlik edir

"Liverpul"un macarıstanlı ulduz futbolçusu Dominik Sobozlayi uşaqlıq illərindən "Real Madrid"ə azarkeşlik edir.

Sportline.az xəbər verir ki, bu haqda "Mirror Football" nəşri məlumat yayıb.

Madrid klubu 25 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır.

Qeyd edək ki, Sobozlayi "los blankos"da çıxış etmək fikrinə müsbət yanaşır.